“Azəriqaz” İstehsal Birliyi sərt karantin günlərində abonent məmnuniyyəti üçün yorulmadan çalışan gənc mühəndisləri mükafatlandırıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən daxil olan məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirildiyi 14-15 iyun tarixlərində “Azəriqaz” İB-nin əməkdaşları fəallıqla çalışıblar. Smart-kart tipli sayğacların koda düşməsi, qalıq qaz həcminin bitməsinə görə karta ödənişlərin icrası və s. müraciətlər vaxtında icra olunub.
Bu cür aktiv və yorulmadan çalışan, öz işinə məsuliyyətlə yanaşan Birliyin “Çağrı mərkəzi”nin əməkdaşları Emil Ramazanov, Novruz Cəfərov, Həşim Həşimli xüsusilə seçilib. Birliyin rəhbərliyi bu gənc mühəndislərin təşəkkürnamə və qiymətli hədiyyələrlə mükafatlandırılması barədə qərar qəbul edib.Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi video çarx hazırlayıb.