“Athena” qrupunun solisti Gökhan Özoğuz haqqında polisə şikayət olunub. Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin sosial şəbəkədə suriyalılarla bağlı paylaşımı olub.
Rok ifaçısı “xalqı kin və düşmənliyə təhrik”də ittiham olunub. Tanınmış memar Zeynep Melek Bulut Türkiyə Baş Prokurorluğuna müraciət edərək Gökhanın 16 avqust tarixində müzakirələrə səbəb olan post paylaşdığını bildirib.
Şikayət ərizəsində qeyd olunur: “H. Özoğuz sosial mediada evrensel.net portalından bir məqalə paylaşaraq “çox yaxşı yazıdır. Türkiyədə 1 milyon suriyalı var və hər gün çoxalır. Qrup halında davalar qapımızdadır. Savaş bitdi, amma onlar niyə ölkələrinə qayıtmırlar? Onların təkcə ad, soyadları ilə Türkiyə vətəndaşı olmaları pendir və çörək kimi bir şeydir. Bu səbəbdən sayları artır. Bu məsələ nəzarətdən çıxacaq”, - deyə bildirib. Sənətçinin instaqramda 1 milyondan çox izləyicisi var və nifrəti təbliğ edir. Bu səbəbdən cəzalandırılması tələb olunur”.