ARB TV-də yayımlanan "Pəncərə" verilişi bağlanıb.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə, 3 il ərzində yayımlanan verilişin sonuncu buraxılışı bu həftə efirdə olub.
Qeyd edək ki, verilişin aparıcısı Rahil Kərimov olub. O, daha öncə fəaliyyətini dayandıran ANS-də eyni formatda yayımlanan "Şəbəkə"nin aparıcısı idi.