Rusiyanın Əməkdar artisti Mixail Yefremov qəza ilə ölümünə səbəb olduğuSergey Zaxarovun övladlarını himayəsinə götürməyə hazır olduğunu bildirib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aktyorun vəkili Elman Paşayev məlumat verib. Vəkil qeyd edib ki, Yefremov onlar üçün layiqli bir həyat təmin etməyə hazırdır.
Bundan əlavə, Paşayev Zaxarovun ailəsinə veriləcək təzminat məbləğinin 1,5 milyon rubl təşkil edəcəyini bildirib. Bununla yanaşı, o, aktyorun mərhumun yaxınlarına böyük miqdarda pul verməyə hazır olduğunu qeyd edib.