• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb

gundem / sosial / manset

18-07-2026, 18:37

Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
Bu il keçirilən Yay Fest Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusuna həsr olunub.
Festivalın ilk düşərgəsi olan “Rəqəmsal Dövlət” düşərgəsində ölkənin müxtəlif bölgələrindən olan gənclər iştirak edərək gələcəyin texnologiyaları, rəqəmsal bacarıqlar və innovativ düşüncənin formalaşması istiqamətində təşkil olunan zəngin proqram çərçivəsində maariflənmək, süni intellekt və rəqəmsal transformasiya sahəsində yeni yanaşmalarla tanış olmaq, eyni zamanda şəbəkələşmək imkanları əldə ediblər.
Düşərgə çərçivəsində ölkənin aparıcı jurnalistləri, universitet rektorları, dövlət qurumlarının nümayəndələri və süni intellekt mütəxəssislərinin təqdimatında gənclər üçün “Gələcəyin vətəndaşı: Rəqəmsal savadlılıq və Süni İntellekt”, “Rəqəmsal əsrdə tələblər və imkanlar” görüşləri, “Rəqəmsal dövlət: Vətəndaşlara xidmət və texnoloji transformasiya”, “Süni intellekt: Gələcəyin bacarığı”, “Rəqəmsal dünyada media: Yeni çağırışlar və strateji hədəflər” və “Gələcəyin insanı: Bacarıq yoxsa diplom?” adlı sessiyalar baş tutub. Sessiyalar zamanı gənclər rəqəmsal texnologiyaların müasir cəmiyyətə təsiri, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal dövlət xidmətlərinin inkişaf istiqamətləri, media sahəsində dövrün yeniliklərinə uyğun baş verən dəyişiklikləri və gələcəyin peşə bacarıqları barədə geniş məlumat əldə edib, ekspertlərlə interaktiv müzakirələr apararaq bilik və bacarıqlarını zənginləşdiriblər.
Eyni zamanda gənclərin şəbəkələşməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən “Yay Fest rəngləri” master-klassı, intellektual oyun, müxtəlif idman yarışları, stolüstü oyunlar və haykinq üzrə təlim də düşərgənin maraq doğuran fəaliyyətləri sırasında yer alıb. Hər günün sonu isə DJ parti, gənclərin fərqli konseptlərdə təqdim etdiyi səhnə performansları və tonqalətrafı səmimi söhbətlərlə yadda qalıb.
Sentyabr ayının 4-dək davam edəcək və 2 mindən çox gəncin iştirakı edəcəyi festival çərçivəsində “Media və Rəqəmsal savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və kod”, “Startap və Sahibkarlıq” və “AI – İdman və Sağlamlıq” mövzularında mərhələli şəkildə daha yeddi düşərgə keçiriləcək.
Qeyd edək ki, iştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı sayılan Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün Yay Fest’in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.


Oxunub: 1
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat / manset

8-07-2026, 13:55

“Azercell” AWS ilə təlimlər təşkil edib

gundem / sosial / manset

10-06-2026, 12:19

Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib

sosial / manset

12-04-2024, 11:24

Rəqəmsal Məcəllənin əsas məqsədi açıqlanıb

dunya / manset

15-01-2026, 08:32

Estoniya təcrübəsi: Süni intellekt qanunvericiliyi necə dəyişdirəcək?

sosial / manset

20-04-2026, 11:35

“Azerconnect Group”la NVIDIA tərəfdaşlıq müqaviləsi imzaladı

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:23
    İSTİQLAL MEYDANLARINDAN MƏTBUAT SƏHİFƏLƏRİNƏ: SÖZÜN VƏ İMZANIN SANBALI
  • Dünən, 15:41
    Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
  • Dünən, 15:37
    Taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb
  • Dünən, 15:32
    İlham Əliyev Mertslə təkbətək görüşdü
  • Dünən, 15:27
    Berlində Tehran izi - “Mühacirlər”in aksiyasını kim maliyyələşdirir?
  • Dünən, 15:16
    FETÖ dəfələrlə sui-qəsd təşkil etməyə çalışıb
  • Dünən, 15:12
    “Turan Tovuz” “Monpelye”nin yetirməsini transfer etdi
  • Dünən, 15:08
    Cəlilabadda “Toyota” aşdı - Yaralılar var
  • Dünən, 13:52
    Azərbaycan milli mətbuatı: şərəfli inkişaf salnaməsi
  • Dünən, 13:49
    “Azercell”in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
  • Dünən, 13:06
    GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
  • 20-07-2026, 17:26
    Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
  • 20-07-2026, 13:57
    Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar açıq qalır – redaksiyamız araşdırmanı davam etdirir
  • 20-07-2026, 12:18
    “Bank Avrasiya” yay kampaniyasına start verdi
  • 20-07-2026, 12:12
    Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
  • 20-07-2026, 12:06
    Rəqəmsal Biliklər Liseyinə şagird qəbulu davam edir
  • 20-07-2026, 11:59
    Bakı və Astara sakinlərinin nəzərinə!
  • 20-07-2026, 11:51
    Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
  • 20-07-2026, 11:46
    Bu ərazilərdə leysan var
  • 20-07-2026, 11:42
    Vens 4-cü dəfə ata oldu
  • 20-07-2026, 11:20
    “Digər ölkələr də maliyyə dəstəyi göstərməlidir”
  • 20-07-2026, 11:16
    Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq
  • 20-07-2026, 11:13
    İrana qarşı növbəti hava zərbələri başa çatdı
  • 19-07-2026, 11:29
    Şəhid övladları Fransada
  • 19-07-2026, 11:21
    Çiyələk infarkt riskini azaldır
  • 19-07-2026, 11:17
    46 yaşlı qadın qızdırmadan öldü
  • 19-07-2026, 11:14
    Vurulan gəminin kapitanı dəfn edildi
  • 19-07-2026, 11:10
    Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
  • 19-07-2026, 10:54
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • 19-07-2026, 10:45
    Ağstafaya sel gəldi
  • 19-07-2026, 10:38
    Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır
  • 19-07-2026, 10:27
    Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
  • 18-07-2026, 18:37
    Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
  • 18-07-2026, 12:48
    Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
  • 18-07-2026, 12:13
    Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə