Minsk və Moskva Polşanın öz ərazisində ABŞ hərbi bazasını yerləşdirmək niyyətinə adekvat cavab hazırlayır.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Əgər Polşada siyasətçilər orada ABŞ silahının yerləşdirilməsinə, “Tramp fortu”nun yaradılmasına milyardlarla dollar xərcləməyə hazır olduqlarını bəyan edirlərsə, əlbəttə ki, reaksiya verəcəyik...”, - deyə o vurğulayıb.