• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar

gundem / siyaset / manset

29-04-2024, 16:45

Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib. Ertəsi gün Prezident İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Səfər çərçivəsində ölkə başçısı Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında dövlət başçısı bir sıra məqamlara toxunub, ona ünvanlanan sualları ətraflı cavablandırıb.
Qeyd edilməlidir ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev vurğulayıb ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər Azərbaycanda ümumi enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədər olacaqdır.
Bu gün Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul ediblər. 2027-ci ilə qədər ölkəmizdən Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub.
Hazırda Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb, onun ilbəil artırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad edib və keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. “Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”
Hazırda Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlanılıb. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi qaytarılıb. Artıq Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırıb, burada yerləşdirilən silahlı qüvvələr öz əvəlki dislokasiya yerlərinə geri dönüblər.
Mətbuat konfransında ona verilən sualları ətrafı cavablandıran ölkə başçısı bildirib ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Prezident deyib ki: “Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir.”
Həmçinin qeyd edilib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır. Müharibədən cəmi üç il yarım vaxt keçib və artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır.
Müntəzəm olaraq azad olunmuş torpaqlara media turları təşkil edilir. Bu turlarda yerli jurnalistlərlə yanaşı xarici media nümayəndələri də iştirak edir, yerlərdə vəziyyətlə tanış olurlar.
Beləliklə, Prezidentin Almaniyaya səfərindən, aparılan danışıqlardan Avropa ölkələrinə bir daha bəlli oldu ki, İlham Əliyev konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan dövlətlər üçün strateji əhəmiyyət daşıyır.
Məhz bu faktlar təsdiq edir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra isə regionda yaranacaq sabitlik Azərbaycanın gücünü, potensialını və imkanlarını daha da artıracaq.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar

Oxunub: 113
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

26-04-2024, 12:04

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - YENİLƏNİR

gundem / siyaset / manset

26-04-2024, 11:04

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

gundem / manset

14-03-2023, 15:42

İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub

gundem / manset

14-03-2023, 15:21

İlham Əliyevin Berlində Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

gundem / manset

17-02-2023, 12:15

Prezident İlham Əliyev Almaniyaya səfərə gedib

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:08
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • Bu gün, 10:51
    Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində
  • Bu gün, 10:46
    Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
  • Bu gün, 10:41
    Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu
  • Bu gün, 10:37
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • Bu gün, 10:34
    Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
  • Dünən, 15:24
    “Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • Dünən, 15:18
    Ənənədən müasir yaradıcı təhsilə doğru
  • Dünən, 15:09
    Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
  • Dünən, 13:10
    “Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
  • Dünən, 12:45
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir
  • Dünən, 12:40
    “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası
  • Dünən, 12:34
    Naxçıvanın inkişafı Azərbaycanın inkişafının ayrılmaz hissəsidir
  • Dünən, 12:30
    Naxçıvan: yeni strateji inkişaf məkanı
  • 12-08-2026, 21:17
    Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
  • 12-08-2026, 15:10
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 12-08-2026, 10:47
    Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
  • 12-08-2026, 10:43
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • 12-08-2026, 10:39
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir
  • 12-08-2026, 10:34
    Laçındakı “Simurq” kitabxanası niyə bağlanır? - Açıqlama
  • 12-08-2026, 10:29
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 10:20
    Naxçıvan Sənaye Parkının təməli qoyuldu
  • 12-08-2026, 10:16
    Prezident yeni elektrik avtobuslarına mindi
  • 12-08-2026, 10:12
    “Sabah” pley-offda!
  • 12-08-2026, 10:07
    “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
  • 12-08-2026, 10:04
    “Bu termində təhqiramiz bir məna axtarmaq lazım deyil” - İlham Əliyev
  • 11-08-2026, 16:42
    Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
  • 11-08-2026, 12:24
    “Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”
  • 11-08-2026, 11:59
    Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
  • 11-08-2026, 11:52
    “Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
  • 11-08-2026, 11:43
    “Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
  • 11-08-2026, 11:35
    Xalq artisti oğlunun ad gününü belə qeyd etdi
  • 11-08-2026, 10:53
    “Azeronline”da müqavilələr artıq “SİMA İmza” ilə rəqəmsal imzalanır
  • 11-08-2026, 10:47
    Dəhşətli zəlzələdə ölənlərin sayı artır - Yenilənib
  • 11-08-2026, 10:41
    Saatlıda yanğın törədən şəxs saxlanıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə