2018-ci ildə Gəncə şəhərinin idman həyatı üçün ən uğurlu illərdən biri olub. Ötən il ərzində Gəncədə idmanın müxtəlif növləri üzrə 53 şəhər yarışı keçirilib ki, bu yarışlarda 9000-dən çox idmançı iştirak edib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən il 412 nəfərə yaxın idmançı 30 respublika yarışlarında iştirak edib.
Nəticədə, 64 nəfər birinci, 52 nəfər ikinci, 51 nəfər isə üçüncü yerə layiq görülüb. Eyni zamanda idmançılardan 100 nəfər 5 Beynəlxalq, 8 Avropa, 7 Dünya yarışlarında və bir yeniyetmələrin Yay Olimpiya oyunlarında iştirak etməklə, ümumilikdə 47 medal qazanıblar. Bunlardan 20-si qızıl, 5-i gümüş, 22-si isə bürünc medal olub.