• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”

gundem / siyaset / manset

2-05-2024, 11:41

Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
“Qırğızıstan və Azərbaycanı qədim zamanlardan ümumi tarix, mədəniyyət və dil faktorları ilə yanaşı, həm də qırğız və Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri birləşdirir”.

Bu sözləri APA-ya müsahibəsi zamanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov deyib.

Həmin müsahibəni təqdim edirik:

- Cənab Prezident, məlum olduğu kimi, bu ilin yanvar ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü tamam olub, 1997-ci ildə isə iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaların cəlb edilməsi haqqında razılıq əldə edilib. Ötən dövrün nəticələrini ümumiləşdirsək, münasibətlərimizin hazırkı səviyyəsini necə qiymətləndirmək olar?

- Bəli, yanvarın 19-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 31 il keçdi. Qırğızıstan və Azərbaycanı qədim zamanlardan ümumi tarix, mədəniyyət və dil faktorları ilə yanaşı, həm də qırğız və Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri birləşdirir. Müstəqillik dövründə ölkələrimizin bütün sahələrdəki mövcud əməkdaşlığı daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu əməkdaşlıq 20 aprel 2022-ci il tarixdə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması ilə daha da möhkəmlənib. Xüsusilə diqqət yetirilməlidir ki, qardaş Azərbaycana səfərim zamanı Prezident İlham Əliyev ilə daha bir vacib addım ataraq, ölkələrimiz arasında daha dərin strateji tərəfdaşlıq münasibətləri qurduq və müvafiq birgə bəyannamə imzaladıq. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrində qarşılıqlı ticari-iqtisadi əməkdaşlığın sonrakı inkişafı və genişləndirilməsinə xüsusi diqqət yetiririk. Burada isə ən böyük aktivlik eyni zamanda, investisiya mübadiləsində müşahidə olunur. Mən xüsusilə 2022-ci ilin oktyabrında təsis olunan Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyətə başlamasını qeyd etmək istəyərdim. Əminəm ki, fond prioritet və qarşılıqlı səmərə verəcək layihələrin maliyyələşdirilməsi yolu ilə iki qardaş ölkənin xalqlarının çiçəklənməsinə xidmət edəcək. İnvestisiya sahəsində əməkdaşlıq kontekstinə gəlincə, burada tərəflərin Qırğız Respublikasında, İssık-Kul gölünün ətrafında beşulduzlu hotelin inşası üçün Azərbaycandan sərmayə cəlb olunması ilə bağlı qərarını qeyd etmək istəyərdim. Əminəm ki, hotelin tikintisi ölkələrimiz arasında investisiya sahəsində əməkdaşlığa nümunə olacaq, bundan sonra isə digər investisiya layihələrinin icrasına başlanılacaq.

- Son səfərinizdən öncə Siz ötən ilin noyabrında səfər etmisiniz. Həmin səfər zamanı Prezident İlham Əliyevlə danışıqlar aparılıb, eyni zamanda, müxtəlif səviyyələrdə görüşlər həyata keçirilib. Sizin fikrinizcə, dövlətlərarası münasibətlərin istər siyasi, istərsə də iqtisadi nöqteyi-nəzərindən sonrakı inkişafı üçün daha hansı perspektivlər mövcuddur?

- Bəli, ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünə qatılmaq üçün mən Bakıya işgüzar səfərə gələrək, burada Azərbaycan Prezidenti, hörmətli İlham Əliyevlə danışıqlar aparmışdım. Biz o zaman ikitərəfli siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini və Qırğız Respublikası ilə Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsinin sonrakı perspektivlərini müzakirə etdik. Eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması ətrafında da müzakirələr apardıq. Deməliyəm ki, onun hazırkı səviyyəsi istədiyimiz kimi deyil, yəni mövcud potensiala cavab vermir. Bu kontekstdə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafındakı rolunu qeyd etmək vacibdir. Effektiv ticari-iqtisadi əməkdaşlığın təmin olunması məqsədilə hər iki ölkənin müvafiq nazirlikləri tərəfindən 2029-cu ilədək olan dövrü əhatə edən geniş Əməkdaşlıq Proqramı hazırlanıb. Bu proqram özündə istər ticarət dövriyyəsinin artırılması və nəqliyyat kommunikasiyalarının inkişafı, istərsə də maliyyə-bankçılıq, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini ehtiva edir.

- Son illərdə Azərbaycan hərbi sənayenin inkişafı üçün çoxsaylı addımlar atıb. Hətta İkinci Qarabağ müharibəsi dövründə yerli istehsal olan hərbi təyinatlı məhsullar hərbi əməliyyatlarda aktiv şəkildə tətbiq olunub. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, Qırğız Respublikası Azərbaycanla hərbi sənaye sahəsində əməkdaşlığa hansı istiqamətdə maraq göstərir?

- Qırğız Respublikası və Azərbaycan ənənəvi olaraq, Azərbaycanda Respublikasındakı profil xarakterli tədris müəssisələrinin bazasında hərbi kadrların hazırlanması istiqamətində əməkdaşlıq həyata keçirir. Tərəflər bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır. Bunun üçün isə əməkdaşlığın bu istiqaməti üzrə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi son dərəcə önəmlidir.

- Azərbaycan qlobal xarakterli siyasi proseslərin aktiv iştirakçısıdır. Bundan əlavə, ölkəmiz müxtəlif faydalı qazıntılarla zəngindir. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq üçün hansı perspektivlər mövcuddur?

- Biz qardaş Azərbaycanın bu ilin noyabrında nüfuzlu qlobal tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının keçirilməsi hüququnu əldə etməsindən çox şadıq. Azərbaycan nəhəng tədbirlərin təşkilində böyük təcrübəyə malikdir və mən konfransın ən yüksək səviyyədə keçiriləcəyinə şübhə etmirəm. Azərbaycanın eyni zamanda, neft-qaz sənayesi sahəsində də zəngin təcrübəsi var. İkitərəfli münasibətlərin inkişafının vacibliyini və energetika sahəsində investisiya layihələrinin reallaşması üçün mövcud olan perspektivləri nəzərə alaraq, istər neft-qaz, istərsə də energetika sahəsindəki əməkdaşlıq üzrə kəsişmə nöqtələrini yenidən nəzərdən keçirməkdə maraqlıyıq.

- Hazırda müasir dünyada alternativ enerji resurslarından istifadənin genişləndirilməsinə diqqət yetirilir. Qırğız Respublikasının bu sahədə potensialı mövcuddurmu? Nəzərə alsaq ki, təbii enerji ehtiyatları tükənə bilər, o zaman dövlətlər qarşısında elm, təhsil, yüksək texnologiyalar, kənd təsərrüfatı, insan kapitalı ilə mübadilə və digər sahələrdə münasibətlərin inkişafı məsələsi dayanır: Bu sahələr üzrə dövlətlərarası münasibətlər necə inkişaf edir?

- Bildiyiniz kimi, Qırğızıstan hidroenergetika sahəsində əhəmiyyətli potensiala malikdir. Bu əsnada ölkələrimiz hidroelektrik, eləcə də günəş və külək enerjisi stansiyalarının layihələndirilməsi, müasirləşdirilməsi və tikintisi, o cümlədən yaşıl iqtisadiyyat və bərpaolunan enerji mənbələri sahələrində əməkdaşlıq edə bilər.

- Türkdilli dövlətlərin birləşməsi üçün daha çox səylərin göstərilməsi istiqamətində müxtəlif fikirlər mövcuddur. Qırğız Respublikası bu kimi təşəbbüslərin uğurla irəliləməsinə hansı töhfəni verə bilər?

- Biz beynəlxalq təşkilatlar çərçivəsində aktiv şəkildə əməkdaşlıq edirik. Burada mən Türk Dövlətləri Təşkilatını xüsusilə qeyd etmək istəyirəm. Türk icması çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq və buna hazırıq. Bu ilin iyulunda Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək. Növbəti sammit isə payızda Qırğızıstanda təşkil olunacaq. Əminəm ki, bu tədbirlərin keçirilməsi nəticəsində həm Qırğızıstan, həm də digər iştirakçı dövlətlər Türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək imkanı əldə edəcəklər.

- Cənab Prezident, Siz Azərbaycan diasporunun Qırğızıstanın ictimai-siyasi həyatında iştirakını necə qiymətləndirirsiniz?

- Çoxmillətli Qırğızıstanda 20 000-ə yaxın azərbaycanlı yaşayır. Təbii ki, onlar da digər xalqların nümayəndələri kimi Qırğızıstanın ictimai-siyasi həyatına cəlb ediliblər. Onlar həmçinin mədəni-humanitar və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qırğızıstan Xalq Assambleyasının nəzdində ölkəmizdə yaşayan azərbaycanlılara məxsus “Azəri” İctimai Birliyi fəaliyyət göstərir. Əminəm ki, Assambleyanın tərkibindəki ictimai birliklərin fəaliyyəti etnoslararası vəhdət, sülh və Qırğız xalqının həmrəyliyinə xidmət edəcək.

Oxunub: 102
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / ust / manset

6-12-2023, 20:05

Prezident İlham Əliyev Sadır Japarova zəng edib

gundem / ust / manset

26-04-2024, 10:59

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir

siyaset / manset

23-04-2024, 10:32

Qırğızıstan prezidenti Ağdama gedəcək

gundem / siyaset / manset

25-04-2024, 12:44

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

gundem / siyaset / ust / manset

11-01-2024, 21:14

Azərbaycan və Latviya prezidentləri arasında məktub mübadiləsi olub

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə