Aprelin 25-də Sumqayıt Dövlət Universiteti (SDU), Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və Vergilər Nazirliyi Tədris Mərkəzi arasında əməkdaşlıq müqavilələri imzalanıb.
ulusestv.az AZERTACA-a istinadən xəbər verir ki, sənədlər universitetdə ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda respublika elmi konfransı çərçivəsində imzalanıb.
SDU-nun rektoru, professor Elhan Hüseynov, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov və Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev imzaladıqları müqavilələrdə birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadiyyat yönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin, ekskursiyaların, treninqlərin, seminar, dəyirmi masa, konfrans və forumların təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, dərs vəsaitlərinin, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq nəzərdə tutulur.