• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Turizm sektorunda canlanma: “Viza tələbi ləğv olunmalıdır” - ARAŞDIRMA

gundem / ust / manset

5-05-2024, 13:39

Turizm sektorunda canlanma: “Viza tələbi ləğv olunmalıdır” - ARAŞDIRMA
Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır.

Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu üç qonşu ölkənin payına düşür. Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.

Maraqlıdır, görəsən, turizm sektorunda artım dinamikasını qorumaq üçün konkret hansı məqamlara diqqət yetirilməlidir? Bu istiqamətdə əlavə hansı addımların atılmasına ehtiyac var?

“Kaspi” qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Azərbaycan cəlbedici ölkələrdən sayılır

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, ötən illərlə müqayisədə bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayında təxminən 40 faizə yaxın artımın qeydə alınması müsbət tendensiyadan xəbər verir.

Onun sözlərinə görə, hazırda Azərbaycan gəlmə turistlər üçün cəlbedici ölkələrdən sayılır:

“Demək olar ki, dünya üzrə turizm bazarı 2022-ci ildə təxminən 70 faizə yaxın, 2023-cü ildə 95 faiz bərpa olunub. 2024-cü ildə isə bu sahənin tamamilə bərpa olunacağı proqnozlaşdırılır. Düzdür, Azərbaycan bu göstəricilərdən nisbətən geri qalır, amma yenə də artım müşahidə olunur. Bu, gözlənilən vəziyyətdir. Çünki Azərbaycanda quru sərhədlər bağlıdır, turistlər ölkəmizə ancaq hava yolu ilə gəlirlər”.

“Hava limanları səmərəli fəaliyyət göstərməlidir”

Mütəxəssis vurğulayıb ki, ölkəmizə daha çox turistin cəlb edilməsi üçün mövcud imkanlar daha da genişləndirilməlidir:

“Bu gün Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Amma bu dinamikanı qorumaq üçün həm də əlavə addımların atılmasına ehtiyac var. Məsələn, ölkədəki beynəlxalq statusa malik hava limanları daha səmərəli fəaliyyət göstərməlidir. Qalma yerlərinin artırılması üçün təşviqat işləri aparılmalıdır. Eyni zamanda, bilet qiymətləri optimallaşdırılmalıdır. Əgər bu istiqamətdə konkret addımlar atılarsa, gediş-gəliş daha çox olar. İstənilən halda, nəqliyyat qiymətləri turizm paketlərinin içərisində xüsusi əhəmiyyətə malikdir. Yəni başqa yerlərə səfər etmək üçün əsas səbəblərdən biri də həmin ölkənin əlçatanlığıdır. Burada tək viza prosedurlarının sadə yolla əldə edilməsi deyil, eyni zamanda nəqliyyatın daha uyğun qiymətə ərsəyə gəlməsidir. Artıq bir neçə ölkə ilə viza tələbi ləğv olunub, proses sadələşdirilib. Bu qərar daha çox ölkəni əhatə etməlidir. Əsas hədəf bazarlarından Azərbaycana gəlişi təmin etmək üçün viza tələbi ləğv olunmalıdır. Ona görə ki, viza rüsumu o dərəcə də gəlir gətirmir".

Turistlər uzaq rayonlara getmək istəmirlər

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov hesab edir ki, 2024-cü il ölkəmizdə turizm sektorunun tamamilə bərpası ili kimi yadda qala bilər:

“Cari ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur və bu hal bizi də sevindirir. Bu dinamikanı qorumağa çalışmalıyıq. Bunun üçün ilk növbədə logistika problemləri həllini tapmalıdır. Məsələn, regionlara sürət qatarlarının olması çox vacibdir. Elə rayonlar var ki, uzaqdır, turistlər getmək istəmirlər. Halbuki həmin rayonların təbiəti və qonaqpərvərliyi digər rayonlardan zəif deyil. Çox istərdik ki, sürət qatarlarının əhatəsi genişlənsin. Düzdür, bu, bir az vaxt ala bilər və böyük maddi vəsait tələb edir. Amma digər tərəfdən də turistlərin sayında artım olacaq və bu da öz növbəsində pul axınıdır. Gələcəkdə çəkilən xərclər gəlirlərlə əvəzlənəcək".

Qiymətlərin optimallaşdırılmasına ehtiyac var

Milli Məclisin üzvü, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, pandemiyadan öncə Azərbaycanın illik turizm gəlirləri 2,7 milyard dollara yaxın olub:

“2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır. Çünki turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”.

Hədəf ildə 3,8 milyon nəfərə yaxın turistdir

Dövlət Turizm Agentliyi isə 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə çatdırmağı hədəfləyir.

Agentliyin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva qeyd edib ki, yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir:

“Bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə, gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, ölkəmizə birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır. Geniş planda əsas hədəf 2028-ci ilədək Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayını ildə 3,8 milyon nəfərə, daxili turizmdə səfərlərin sayını isə ildə 7,3 milyona çatdırmaqdır”.

Qurum rəsmisi vurğulayıb ki, turizm imkanlarının təbliği və ölkənin tanıdılması üçün il ərzində müxtəlif beynəlxalq sərgilərdə iştirak edilir, hədəf ölkələrdə tədbirlər, təqdimatlar təşkil olunur.

Oxunub: 93
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

23-01-2024, 12:34

Vüqar Bayramov: “Ötən il Azərbaycana gələn turistlərin sayı iki milyonu keçib”

sosial / manset

31-07-2023, 13:14

Vüqar Bayramov: “Turistlər rayonları deyil, Bakını seçirlər”

gundem / manset

30-06-2023, 11:35

“Birbaşa uçuşlar və sürət qatarları turistlərin sayının artmasına səbəb olub” - ŞƏRH

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Bu gün, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Bu gün, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Bu gün, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Bu gün, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Bu gün, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Bu gün, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Bu gün, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Bu gün, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Bu gün, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Bu gün, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Bu gün, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Bu gün, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • Dünən, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • Dünən, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • Dünən, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • Dünən, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • Dünən, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • Dünən, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • Dünən, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • Dünən, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • Dünən, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • Dünən, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • Dünən, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə