Göyçayda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Ləkçılpaq kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Evə bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Qafqazinfo"