30 oktyabrda Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 113nəfərə çatıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, ümumilikdə 1 035 nəfər xəsarət alıb. Onlardan 898-i xəstəxanadan evə buraxılıb, 137 nəfərin müalicəsi davam etdirilir.