150 erməni əsgərin cəsədi Şuşa yaxınlığındakı ərazidən çıxarılıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın “başçı”sı kimi təqdim edən Arayik Arutyunyan öz feysbuk səhifəsində məlumat verib.
“Çoxlu insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədləri sübut edir”,- deyə Arutyunyan qeyd edib.
O bildirib ki, yüzlərlə cəsəd hələ də döyüş meydanındadır ki, bu da qurbanların yaxınları və bütün xalq üçün qeyri-müəyyənlik yaradıb.
Bununla yanaşı Ermənistanda davam edən siyasi böhran separatçıların “rəhbər”ini də narahat edib. O, Ermənistandakı daxili sabitliyə təhdidlərdən narahat olduğunu qeyd edib.