Türkiyənin Dənizli əyalətinin Pamukkale rayonunda 4 maqnitudalı zəlzələ olub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 10:30-da qeydə alınıb.
Zəlzələnin ocağı 7,24 kilometr dərinlikdə yerləşib.