Dünyada son bir gündə koronavirusa 327 mindən çox yoluxma qeydə alınıb. Ulusestv.Az “Qafqazinfo”y istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 327 255 hal qeydə alınıb, “COVID-19”dan 6 668 pasiyent ölüb. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 119 960 700, ölüm hallarının sayı 2 656 822 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 29 155 892 nəfər virusa yoluxub. Daha sonra Braziliya (11 483 370), Hindistan (11 409 831), Rusiya (4 409 438), Böyük Britaniya (4 263 531), Fransa (4 008 600), İtaliya (3 238 394), İspaniya (3 195 062), Türkiyə (2 894 893), Almaniya (2 581 329), Kolumbiya (2 303 144) və Argentina (2 195 722) gəlir.