Tacikistanın paytaxtı Düşənbədə yanacaqdoldurma məntəqələrinin birində güclü partlayış nəticəsində yaralananların sayı 29-a çatıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə ölkənin Fövqəladə Hallar Komitəsinin mətbuat katibi Umeda Yusufi bildirib.
Onun sözlərinə görə, yaralananlardan 5-i ağır vəziyyətdədir.
Yusufi bildirib ki, yanacaqdoldurma məntəqəsindəki yanğının səbəbləri araşdırılır.