Fransada bəzi əsgərlərin narkotik kartellərinə və sağçı qruplara silah satdığı iddia edilib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fransanın “Mediapart” qəzeti məlumat yayıb.
Bildirilib ki, Fransa müdafiə nazirinin sürücüsünün də bu ticarətdə pay sahibidir.
Qəzetin yazdığına görə, Fransa polisi məsələ ilə bağlı genişmiqyaslı istintaqa başlayıb, nəticədə, narkotik qaçaqmalçılarına və sağçı təşkilatlara satılmaq üzrə ikən 200-dən çox silah ələ keçirilib.
Xəbərdə qeyd edilib ki, təşkilatda ikisi təqaüddə olmaqla, üç fransız hərbçi və Fransa müdafiə nazirinin müavini Florens Pörlün sürücüsü də var.
Nazirlik də məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, məsələ prokurorluqdadır, nazirin sürücüsü isə işdən çıxarılıb.