• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

157 uşağı gülləbaran edən Azərbaycan deyil, Fransadır!

gundem / siyaset

20-05-2024, 13:38

157 uşağı gülləbaran edən Azərbaycan deyil, Fransadır!
Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanı diktatura ölkəsi adlandırıb. Bəli, düz eşitdiniz: Parisdən 27 saatlıq hava yolu məsafəsində yerləşən Yeni Kaledoniyada insanların haqq səsini boğmaq üçün öz xüsusi təyinatlılarının ən az üçdə birini bu adaya ezam edən qurumun şefi Azərbaycanı diktatura ölkəsi adlandırıb.

Və adlandırması qalsın bir yana, hələ açıqlamanın əvvəlinə (mübtəda qrafasına) “erməni qətliamı törədənlər”, “Yeni Kaledoniyadakı hadisələrin təşviqatçısı” kimi absurd dekorlar pərçimləməyi də unutmayıb.

Heyhat! Gedib 13 min kilometr uzaqlıqda, Sakit Okeanın tən ortasında hasarlar salasan, saxta referendum keçirəsən, hər ağlasığmaz cinayəti törədəsən, bir millətin genosidinə hədəflənəsən və… axırda da öz abırına kor olmaq əvəzinə utanmadan-qızarmadan hər şeydə Azərbaycanı ittiham edəsən…

Odur ki, gecikmədən Darmanenin “bəy tərifi”nə keçək.

Əvvəla: Biz tarixin heç bir dönəmində fitnə, qan və təxribat təşviqatçısı olmamışıq. Çünki belə “qara işlər” sizin kurasiyanızdadır, cənab nazir! Azərbaycan sadəcə beynəlxalq hüquq və diplomatik protokol çərçivəsində günahsız Kanak xalqına, Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən, iztirablar içində boğulan, yaşamaq uğrunda mübarizə aparan insanlara öz mənəvi dəstəyini göstərib. Vəssalam!

İkincisi. Hətta bu cür düşünmən belə ayıbdır! Söylədiklərin absurd və yalana, iftira və həqarətə söykənsə belə, onları dilə gətirmək rəzillikdir! Və ya: əgər tabeliyində olan müstəmləkəyə ixtiyari dövlətin əli səndən daha çox çatırsa, o zaman kimi gözləyirsən? Get özünü as! Ya da gir yerin ən uzaq dibinə ki, görən olmasın.

Üçüncüsü: Diktator sənsən, sənin rəhbərindir, sənə bu sözləri dedirdəndir. Hər halda belə olmasaydı, hüquqi mövzular haqda danışman gərəkən yerdə oturub “ciddi-ciddi” siyasi şərhlər verməzdin, başındakı “demokl”un, “gilyotin”in bircə baxışı ilə Azərbaycanı hədəfə almazdın, özünə, təyinatına aid işlərlə gündəmə gələrdin.

Dördüncüsü: Azərbaycana “qatil” deyib keçmisən. Hərgah, çox yox, 45 dərəcəlik bucaq altında geri dönsən və yarımca əsrlik keçmişə nəzər salsan anındaca gün kimi aydın olan reallıqla baş-başa qalacaqsan. Ki, əsl qatil kimdir! Yadına düşəcək ki, Əlcəzairdə 5 milyon mina basdıran, 17 nüvə sınağı keçirən, 1 milyon yarım əhalini qətl edən, “Kasablanka” döyüşündə 5 min mərakeşlini diri-diri yandıran, 1961-də 7 min tunislini qanına qəltan edən, Ruandada 800 min(!) tutsinin ölümündə birbaşa iştirakçı olan, Vyetnamda 157 uşağı günün-günorta çağı gülləbaran edən ölkə Azərbaycan deyil, Fransadır! Xatırlayacaqsan ki, Rusiya-Ukrayna münaqişəsinin bu masştaba qədər irəliləməsində, Qəzzadakı alovun sönməməsində, Gürcüstanın qarışmasında, erməni revanşistlərin müharibə ruhu ilə qidalanmasında ən böyük günahkar və səbəbkar mənsub olduğun dövlətdir! Ağlına vuracaq ki, ora-bura silah daşıyan, bölgədə və dünyada sülhü əngəlləyən, yeni qurbanların, itkilərin, ölümlərin var olması üçün dəridən-qabıqdan çıxan riyakarı uzaqda deyil, elə burnunun tən ucunda, bircə addımlıqda axtarmaq lazımdır…

Nəhayət, beşincisi…Darmanensən, “darmayed”sən, nəsən, bilmirəm, amma sənə şiddətlə tövsiyyə edirəm ki, özünü yığışdırasan.

Çünki biz ağzının qatığını dağıdanları ya ağız üzünə həsrət qoyuruq, ya da qatıq….

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Oxunub: 104
Paylaş:
Digər xəbərlər

dunya / manset

8-02-2023, 08:43

İspaniya maska məcburiyyətini ləğv edən sonuncu Avropa ölkəsi oldu

gundem / ust / manset

21-08-2023, 11:13

Separatçılar Azərbaycanı tərk edirlə

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • Dünən, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • Dünən, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • Dünən, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • Dünən, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • Dünən, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • Dünən, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • Dünən, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • Dünən, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • Dünən, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • Dünən, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • Dünən, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
  • Dünən, 08:36
    “Səfərdən bir xalla qayıtmağımız sevindiricidir” - Ayxan Abbasov
  • 27-09-2026, 21:05
    Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
  • 27-09-2026, 20:50
    AZƏRBAYCAN RESPUBLİKASI İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, REPUBLIC OF AZERBAIJAN – DEFENDING HUMAN RIGHTS, İnsan Hüquqları Müdafiəsi — Defending Human Rights şirkətinin rəhbəri, Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovdan mühüm bəyanat
  • 27-09-2026, 19:28
    İmişlidə 27 Sentyabr – Anım Günü dərin ehtiramla qeyd olunub
  • 27-09-2026, 15:33
    Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi
  • 27-09-2026, 14:45
    “YAP-ın qurultayı növbədənkənar xarakter daşımır”
  • 27-09-2026, 12:35
    “AzərEnerji” və “Azərişıq” rəhbərliyi şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 12:30
    Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
  • 27-09-2026, 12:10
    Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
  • 27-09-2026, 12:05
    DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
  • 27-09-2026, 11:55
    Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
  • 27-09-2026, 10:30
    "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov: 27 Sentyabr – Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirik
  • 26-09-2026, 17:53
    Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
  • 26-09-2026, 16:57
    Qax RİH başçısı Elvin Paşayev: 27 Sentyabr – Zəfərə aparan yolun başlanğıcı və şəhidlərimizin əziz xatirəsi
  • 26-09-2026, 16:47
    44 günlük Vətən müharibəsi – Zəfərlə yazılan tarix
  • 26-09-2026, 13:50
    Tramp Si Cinpinə üçtərəfli danışıqlar təklif edib
  • 26-09-2026, 13:47
    Azərbaycanın qlobal investisiya tərəfdaşlığı genişlənir - Ən nəhənglər Bakıda
  • 26-09-2026, 13:36
    Sabah hava necə olacaq? - Açıqlandı
  • 26-09-2026, 13:29
    Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
  • 26-09-2026, 13:26
    Tikilməkdə olan evlərdən 10 minlik naqil oğurladı - Saxlanıldı
  • 26-09-2026, 11:12
    “Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”
  • 26-09-2026, 11:04
    “İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək”
  • 26-09-2026, 10:54
    Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə