Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev 30 iyun tarixində Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə eks-Prezidentin mətbuat katibi Aydos Ukibayöz tvitter hesabında məlumat verib.
Danışıqlar zamanı Avrasiya İqtisadi Birliyinin gələcək inkişaf perspektivləri və regional gündəmin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.