Argentina Prezidenti Alberto Fernandes ölkəsinin keçmiş dövlət başçısının administrasiyasının Boliviyanın müvəqqəti hökumətinə etirazların yatırılması üçün xüsusi vasitələr verdiyi üçün qonşu ölkədən üzr istəyib.
Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə Fernandesin boliviyalı həmkarı Luis Arseyə ünvanladığı məktubda deyilir.
“Hər şeydən əvvəl mən sizin hökumətinizdən və xalqınızdan bütün argentinalılar adından üzr istəmək istəyirəm”, - sənəddə qeyd olunur.