Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya Prezident Vladimir Putinin “Rusların və ukraynalıların tarixi birliyi” haqqında məqaləsini oxumağı əmr edib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə RBK-ya Rusiya Müdafiə Nazirliyindən mənbə məlumat bildirib. Qeyd edilib ki, məqalə hərbi-siyasi təlim üçün məcburi mövzular siyahısına daxil edilib.
Qeyd edək ki, Putinin məqaləsi iyulun 12-də rus və Ukrayna dilində çap olunub.