Dərinsulu elmi tədqiqat aparatında 14 dənizçinin ölümünün əsas səbəbi akkumulyator bölməsində baş vermiş yanğın olub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkə Prezidenti Vladimir Putinə məruzə edərkən deyib.
Onun sözlərinə görə, yanğın daha sonra ətrafa yayılıb:
“Hazırda operativ qərargah işləyir. Sualtı aparatdakı nüvə enerji qurğusu tam təcrid olunub”.
S.Şoyqu bildirib ki, ilkin qiymətləndirməyə əsasən, aparatın təmiri mümkündür:
“Nazirlik bunun mümkün olduğu müddəti müəyyənləşdirir”.
Xatırladaq ki, iyulun 1-də “AS-31” atom dərinsulu stansiyasında qəza baş verib. Stansiya qəza anında Barens dənizinin akvatoriyasında olub. Ölən 14 zabitin yeddisi birinci ranqlı kapitan, ikisi isə Rusiya Qəhrəmanı olub.