Böyük Britaniya kraliçası II Yelizaveta koronavirusa görə onlayn tədbirlərdə iştirakdan imtina edib.
Bukingem sarayından verilən məlumata görə, monarx Vindsorda “nisbətən asan vəzifələr”in icrasını davam edəcək.
Qeyd edək ki, ötən bazar günü II Yelizavetanın COVID-19 testi müsbət çıxıb. Kraliçanın “mülayim soyuqdəyməyə bənzər simptomlar” keçirdiyi bildirilib. RİA Xatırladaq ki, Britaniya taxt-tacının sahibi olan 95 yaşlı monarx bu il taxta çıxmasının 70 illiyini qeyd edir.
Mənbə:Oxu.Az