Moldova parlamenti Rusiyanın hərbi qüdrətini simvolizə edən “Georgi lenti”ndən istifadəni qadağan edən qanun qəbul edib.
Bu barədə Moldova parlamentinin deputatı Yelena Bodnarenko məlumat verib.
Qeyd edək ki, bir müddət əvvəl Moldova parlamentinin spikeri İqor Qrosu ölkə ərazisində “Georgi lenti”ni qadağan edəcək qanun layihəsinin hazırlandığını açıqlamışdı.
Mənbə: Oxu.Az