Londonun şərq hissəsində yerləşən Forest-Qeyt rayonunda maskalı naməlum şəxslərlə polislə arasında silahlı insident baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı “Daily Star” qəzeti məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hadisə yerinə 20-dən çox polis cəlb edilib. Şahidlərdən biri deyib ki, azı iki nəfər güllə yarası alıb.
Xatırladaq ki, Londondakı “Vestfild” ticarət mərkəzinin qarşısında naməlum avtomobilin tapıldığı bildirilib.