Türkiyənin Kütahya şəhərində 4,5 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 01:48-də baş verib.
Yeraltı təkan 10.31 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, ötən gün də Kütahyada 5,4 və 4 bal gücündə zəlzələ olub.