• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tramp faktoru BBC-ni ifşa etdi - Azərbaycanın haqlı mövqeyi təsdiqini tapdı

dunya / manset

12-11-2025, 07:44

Tramp faktoru BBC-ni ifşa etdi - Azərbaycanın haqlı mövqeyi təsdiqini tapdı
BBC-nin ABŞ Prezidenti Donald Trampın çıxışını təhrif etməsi ilə bağlı ortaya çıxan yeni faktlar bu media qurumunun illərdir tənqid olunan qərəzli redaksiya xəttinin təsadüfi deyil, sistemli xarakter daşıdığını bir daha üzə çıxarıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, iddiaların mənbəyi isə BBC-nin özünün keçmiş əməkdaşı – jurnalist Maykl Preskott tərəfindən Direktorlar Şurasına ünvanlanmış mektubdur.

Preskott sənəddə açıq şəkildə bildirir ki, 2021-ci il 6 yanvar hadisələrindən əvvəl Donald Trampın çıxışı BBC tərəfindən bilərəkdən kontekstdən çıxarılıb, xronologiya pozulub və çıxışın hissələri seçmə şəkildə kəsilərək prezidentin sözlərinə fərqli məna verilib. Bu, sadəcə redaksiya səhvi deyil – ictimai rəyi formalaşdırmaq məqsədilə aparılmış siyasi yönümlü montajdır.

ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt də ittihamları daha kəskin formada təsdiqləyərək BBC-ni “solçu təbliğat maşını” və “tamamilə saxta media” adlandırıb. Onun sözlərinə görə, yayımlanan video qərəzli şəkildə hazırlanmış, Trampın ritorikasını radikal göstərmək üçün montaj edilmiş materialdır və BBC-nin uzun müddətdir davam edən ideoloji mövqeyinin növbəti sübutudur. Media ekspertləri isə hesab edirlər ki, kontekstin dəyişdirilməsi, ardıcıllığın pozulması və selektiv kadrların istifadəsi BBC-nin obyektivlik iddiasını ciddi şəkildə sual altına qoyur.

Eyni metodologiya Azərbaycana qarşı: Vətən müharibəsi dövründə yönləndirilmiş informasiya xətti

BBC-nin Trampla bağlı tətbiq etdiyi bu manipulyativ metodologiya əvvəllər Azərbaycana qarşı dəfələrlə istifadə olunub. Xüsusilə Vətən müharibəsi dövründə Qərb mediasında, o cümlədən BBC-nin publikalarında Azərbaycanın mövqeyinin ya yumşaldıldığı, ya da tamamilə gözdən salındığı açıq şəkildə müşahidə olunurdu. Ermənistanın Gəncə, Bərdə və Tərtərə raket hücumları zamanı mülki əhalinin qətlə yetirilməsi kimi faktlar BBC reportajlarında ya natamam, ya da ikinci dərəcəli mövzu kimi təqdim edilirdi. Bu isə informasiya balansının pozulmasından daha çox siyasi manipulyasiya kimi qiymətləndirilirdi.

Bu informasiya boşluğunu jurnalistlər də qərəzli şəkildə doldururdu. Kanadalı “jurnalist” Neil Hauer müharibə günlərində bölgəyə gəlmədən əvvəl artıq BBC-nin Gəncə barədə reportajını “nifrətlə” tənqid edir, yəni mövqeyini faktlardan deyil, ideoloji qəlibdən çıxış edərək formalaşdırırdı. Onun hazırladığı materiallar müharibə zamanı yalan məlumat yaydığı sübuta yetirilmiş “WarGonzo” kanalına əsaslanırdı. Daha sonra BBC-yə verdiyi müsahibədə Xankəndidəki vəziyyəti geniş təsvir etsə də, Ermənistanın Azərbaycan şəhərlərini raketlə hədəfə alması barədə bir kəlmə belə deməməsi isə qərəzin nə qədər məqsədli olduğunu aydın göstərirdi.

Dezinformasiyanın strukturu: seçmə faktlar, birtərəfli mənbələr və siyasi manipulyasiya

Hauer-in istifadə etdiyi “mənbələrin Stepanakertdəki yaxşı məlumatlı şəxslər olması” onun məlumatlarının etibarsızlığını tam təsdiqləyirdi. Yalnız bir tərəfi təmsil edən, təsdiqlənməmiş iddiaları “vahid həqiqət” kimi təqdim etmək müasir jurnalistika standartlarına tamamilə ziddir. Bütün bu nümunələr – BBC-nin Trampın çıxışını manipulyasiya etməsi, Vətən müharibəsi dövründə Azərbaycana qarşı yönləndirilmiş informasiya siyasəti və Hauer kimi şəxslərin bu xətti gücləndirməsi – göstərir ki, problem ayrı-ayrı jurnalistlərdə yox, BBC-nin redaksiya mədəniyyətinin özündədir.

Bu səbəbdən də Azərbaycanda fəaliyyəti dayandırılmış BBC nümayəndəliyinin bəzi əməkdaşlarının yenidən ölkə daxilində “jurnalist fəaliyyəti” adı altında sorğular göndərməsi və araşdırmalar aparması qanunsuzdur. Medianın İnkişafı Agentliyinin açıqlamasına görə, BBC-nin Azərbaycanda fəaliyyətinə icazə verən beynəlxalq müqavilə yoxdur, nümayəndəlik hüquqi reyestrdən çıxarılıb və əməkdaşların akkreditasiyası ləğv edilib. Bu isə BBC tərəfindən aparılan hər hansı informasiya toplanmasının milli qanunvericiliyə zidd olması deməkdir.

Tramp çıxışının təhrif edilməsi BBC-nin Azərbaycana qarşı illərdir apardığı informasiya savaşını təsdiq etdi

BBC-nin Donald Trampın çıxışını təhrif etməsi ilə bağlı ortaya çıxan faktlar qurumun informasiya siyasətində qərəzin təsadüfi deyil, sistemli olduğunu sübut edir. Bu ifşa bir daha göstərir ki, Vətən müharibəsi dövründə Azərbaycana qarşı qurulan informasiya narrativləri də eyni metodlarla hazırlanıb: kontekstin dəyişdirilməsi, faktların seçmə şəkildə təqdim edilməsi, birtərəfli mənbələrə əsaslanma və siyasi məqsədli montajlar.

Bu gün Trampın çıxışının manipulyasiya edilməsi ilə bağlı qalmaqal həm beynəlxalq media mühitinin ciddi problemlərlə üzləşdiyini, həm də Azərbaycanın illərdir bütün beynəlxalq platformalarda səsləndirdiyi şikayətlərin tamamilə əsaslı olduğunu sübut edir. Yəni BBC-nin öz içindən gələn ifşa göstərir ki, qurumun informasiya siyasəti obyektivlik prinsiplərinə yox, siyasi yönümlü media mühəndisliyinə əsaslanır.

Beləliklə, Tramp hadisəsi yalnız ABŞ siyasi sistemində deyil, beynəlxalq informasiya mühitində də dərin iz buraxır:

BBC-nin təhrif mexanizmi açıq şəkildə ortaya qoyulur və bu mexanizmin Azərbaycana qarşı illərdir necə işlədiyi tam aydın görünür.

Bu reallıq informasiya təhlükəsizliyinin və obyektiv jurnalistikanın qorunması üçün ciddi islahatlara ehtiyac olduğunu bir daha göstərir.

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

dunya / manset

6-02-2025, 11:12

Trampın ideyasını dəstəklədi

dunya / manset

10-02-2023, 08:28

Donald Trampın “Facebook” və “Instagram” hesabı bərpa edilib

gundem / siyaset / ust / manset

22-03-2024, 12:09

Trampın hansı xəstəlikdən qorxduğu məlum oldu

dunya / manset

7-11-2024, 08:53

Trampın “qara siyahı”sı - Onlardan qisas alacaq

gundem / dunya / ust / manset

28-02-2025, 11:02

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə