
İran Prezidenti Məsud Pezeşkian bu gün Türkiyəyə gedəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Liderlər Sammitində iştirak edəcək.
İran Prezidenti sammit çərçivəsində iştirakçı ölkələrin dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.