
Türkiyənin Van vilayətinin Erciş rayonunda yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.
Yanğın zamanı tüstüdən zəhərlənən 15 nəfər xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.