
İranın Hörmözqan ostanının Sirik şəhərində toy mərasiminin atəşə tutulması nəticəsində yaralananların sayı 68 nəfərə çatıb.
“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, bu barədə ostanın qubernatorunun müavini Əhməd Nəfisi məlumat yayıb.
Son məlumatlara görə, hücum nəticəsində azı 5 nəfər ölüb.
Qeyd edək ki, daha əvvəl İran tərəfi hücumda 50 nəfərin yaralandığını açıqlamışdı.