Böyük Britaniyanın Solsberi hadisəsi ilə əlaqədar axtardığı Aleksandr Petrovun əsl adının Aleksandr Mişkin olduğu üzə çıxıb.
Bu barədə Bellingcat və The Insider saytı məlumat yayıb.
Bildirilir ki, Mişkin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin zabitidir.
Qeyd olunur ki, 1979-cu il təvəllüdlü Mişkin Ukrayna, Dnestryanı və Qərbi Avropada keçirilən xüsusi əməliyyatlarda iştirak edib.