Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, Paşinyanı Xankəndi separatçı rejiminin lideri Bako Saakyan qarşılayıb.