ABŞ əmindir ki, sanksiyalara baxmayaraq, İran nüvə proqramını bərpa etməyəcək.
Belə bir bəyanatla ABŞ Dövlət departamentinin rəhbəri Mayk Pompeo çıxış edib.
Qeyd edək ki, İran neftinin ixracını əhatə edəcək sanksiyalar noyabrın 5-dən qüvvəyə minəcək.
Vaşinqton bəyan edib ki, məqsəd İran neftinin ixracını sıfıra endirməkdir. ABŞ alıcıları İran neftini almaqdan imtina etməyə çağırıb.