Şotlandiyada gözəllik müsabiqəsinin qalibi açıq-saçıq şəkillərə görə titulundan məhrum edilib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb 35 yaşlı teleaparıcı Natali Pavelekin müsabiqə təşkilatçılarını vaxtilə ayrı-ayrı nəşrlər üçün fotosessiyalar etdirməsi ilə bağlı məlumatlandırmamasıdır.
Müsabiqə təşkilatçıları N. Pavelekin “sirri” barədə gözəllik yarışının nəticələri açıqlandıqdan sonra göndərilən anonim məktubdan oyrəniblər.
Bildirilir ki, bundan sonra bu titul yarışda ikinci olan Alana Skotta verilib. A. Skott şahzadə Harrinin yaxın dostunun həyat yoldaşıdır.