ABŞ prezidenti Donald Tramp OPEC ölkələrinin neft tədarükünü indiki səviyyədə saxlayacağına ümidvar olduğunu bəyan edib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Dünya neftin yüksək qiymətlərini istəmir, ona bu lazım da deyil. İnanıram ki, OPEC əlavə olaraq neft hasilatını məhdudlaşdırmayacaq”, - deyə Tramp vurğulayıb.