Rusiya Federasiyasının Dağıstan Respublikasında məktəb şagirdi dərs zamanı ölüb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Dərbənd şəhərində baş verib.
Bildirilir ki, 15 yaşlı oğlan idman dərsi zamanı qəflətən halı pisləşib və bir müddət sonra o vəfat edib.
Dərbənd meri Hizri Abakarov bildirib ki, həmin şagirdin ürəyində problem olub.
Faktla bağlı araşdırma aparılır.