İndoneziya sahilləri yaxınlığında güclü zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidmətinin yaydığı məlumatda bildirilir.
Zəlzələnin gücü 6,6 bal təşkil edib.
Yeraltı təkanların episentri Tobelo şəhərindən 154 kilometr aralı, 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.
Oxu.Az