Fevralın 3-də səhər saatlarına Türkiyənin Aydın vilayətinin Quşadası rayonu sahillərində miqrantların olduğu rezin qayıq batmaq təhlükəsi ilə üzləşib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları qayıqdakı 52 miqrantı xilas ediblər. Qayığın göyərtəsindəki qaçqınlardan 25-i uşaq, 13-ü qadın, qalanları isə kişi olub.
Aparılan araşdırmalardan sonra miqrantların qanunsuz yolla Yunanıstana getmək istədikləri müəyyənləşib.