Xorvatiya dəniz, nəqliyyat və infrastruktur naziri Oleq Butkoviç ölkənin hava yollarının gələcək taleyi barədə jurnalistlərə müsahibə verib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir hava yollarının özəlləşməyə hazır olduğunu bildirib.
Özəlləşmənin bütün detallarının araşdırılması barədə məlumat verən nazir tezliklə hökumətin bu istiqamətdə strateji tərəfdaşın müəyyənləşməsinin baş verəcəyini bildirib. O.Butkoviç Xorvatiya hava yollarını almağa maraqlı olan bir neçə şirkətin olduğunu qeyd etsə də, konkret heç bir şirkətin adını çəkməyib.
Qeyri-rəsmi məlumatlara görə, Almaniyanın “Lufthansa” şirkəti hava yollarını almaqda maraqlı olan əsas şirkətlərdən biridir. Xəbər hələ ki rəsmi təsdiqini tapmayıb.