Bolqarıstan Avropa İttifaqı ölkələri arasında evlərini lazımi qədər isidə bilməyən ölkələr arasında sonuncu yeri tutur.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyinin “Avrostatın” yaşayış şəraitlərini nəzərdə tutan yeni araşdırmasında bildirilir.
Qeyd edilir ki, 2017-ci ildə Avropa İttifaqının 8 faiz əhalisi öz evlərini lazımi qədər isidə bilmirdilər. Ən çox göstərici 2012-ci ildə qeydə alınıb və 11 faizə çataraq gələn illərdə azalmağa başlayıb. Aİ ölkələrinin hər birində bu rəqəm fərqlidir. Bolqarıstandan sonra ən böyük göstərici Litvada 29 faiz, Yunanıstanda 26 faiz, Kiprdə 23 faiz, Portuqaliyada 20 faiz təşkil edir. Ən az faiz isə Lüksemburq, Finlandiya, İsveç, Hollandiya, Avstriyada qeydə alınıb, burada yalnız 2 faiz əhali evlərini lazımi qədər isidə bilmir.