Hindistan Qazaxıstan ərazisində aviasiya mərkəzi yaratmaq niyyətindədir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkələr arasında bir sıra sahələr üzrə, o cümlədən maşınqayırma şirkətləri ilə danışıqlar aparılır.
Hindistan Qazaxıstanda azot gübrələrinin istehsalı müəssisəsinin və aviasiya mərkəzinin yaradılmasında (böyükhəcmli kommersiya yükdaşımaları) maraqlıdır.
Hindistan tərəfi Qazaxıstanda avtomobil istehsal etməyi də planlaşdırır. Bundan başqa, hindistanlı investorlar Qazaxıstanda neft hasilatı sahəsinə maraq göstərirlər.