Yaponiyada güclü külək nəticəsində gəmilərin üç mindən artıq tikiliyə çırpılma təhlükəsi var.
ulusestv.az NHK telekanalına istinadla xəbər verir ki, ötən il ölkədə azı 360 belə hadisə qeydə alınıb.
Yaponiyanın Sahil Mühafizəsi İdarəsinin məlumatında bildirilir ki, belə hadisə nəticəsində 3200 tikili zərər çəkə bilər. Siyahıda birinci yerdə bəndlər, ikinci yerdə körpülər, sonra elektrik stansiyaları, neft çənləri, limanlar və aeroportlar göstərilib.