Litva ilə ABŞ arasında razılaşmaya uyğun olaraq ölkəyə “Javelin” raketləri gətirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 17,7 milyon avro dəyərində olan tank əleyhinə raket kompleksləri artıq ölkəyə çatdırılıb. Məbləğin iyirmi faizi ABŞ tərəfinin yardımı hesabına ödənilib. ABŞ-dan əldə edilən bu raketlər ölkə ordusunun müdafiə qabiliyyətini artırmaqla yanaşı, potensial düşmənə qarşı çəkindirici amil olacaq.