Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları geriləyib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,2 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 3 milyon barrel çoxalacağı istiqamətində idi.
Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.