Londonun Lanqşayr qraflığında yerləşən 230 illik tarixə malik Bləkbörn kilsəsində yanğın baş verib.
Yanğın yerli saatla 17:30 radələrində başlayaraq bütün binaya yayılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, binaya ciddi ziyan dəyib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Kilsənin rahibi bu binanın şəhərin memarlıq tarixinin mühüm bir hissəsi olduğunu bildirib və baş verən yanğını faciə adlandırıb.
Qeyd edək ki, kilsə 1789-cu ildə tikilib və onun sökülməsinin qarşısı dəfələrlə alınıb.
AZƏRTAC