Bu il Türkiyədə 41-ci dəfə təşkil olunan 23 aprel- Milli Suverenlik və Uşaq Bayramında iştirak etmək üçün dünyanın 40 ölkəsindən 800-dək uşaq Samsun şəhərinə gəlib. Layihə Türkiyənin Radio Televiziya Qurumunun dəstəyi ilə həyata keçirilir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Türkiyənin banisi Mustafa Kamal Atatürkün qurtuluş mübarizəsinin 100 illiyi münasibətilə təşkil olunub.
Ölkəyə gələn uşaqlara buranın milli yeməkləri, adət-ənənələri ilə tanış olacaq, öz xalqlarına xas folklor nümunələri ilə çıxış edəcəklər.