Braziliyanın Rio-de-Janeyro şəhərində qeyri-qanuni tikilmiş 2 binanın uçması nəticəsində 18 nəfər ölüb. Bu barədə “Brasil” agentliyi məlumat yayıb.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, binaların uçması səbəbi araşdırılır. Binalar şəhərin yağışlardan ən çox əziyyət çəkmiş rayonlarından birində yerləşib. Hadisə nəticəsində, həmçinin 8 nəfər yaralanıb; onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında axtarış aparırlar; 5 nəfərin taleyi məlum deyil.