Gürcüstan sərhədçiləri rusiyalı baykerləri ölkəyə buraxmayıblar.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya və digər MDB ölkələrindən olan 30 bayker Gürcüstan-Rusiya sərhədində Yuxarı Lars sərhəd-keçid məntəqəsində saxlanılıb. Onlara sərhədi keçməyə icazə verilməyib və karvan geri qaytarılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, baykerlərin ölkəyə buraxılmamaları onların sənədləri ilə əlaqədar olub.
Bayker karvanı mayın 1-2-də Afinada keçiriləcək beynəlxalq tədbirə gedirmiş.