Aprelin 30-da Şimali Karolina Universitetinin Çarlott şəhərində yerləşən universitet şəhərciyində atışma baş verib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yerli hüquq-mühafizə orqanları nümayəndəsinin verdiyi məlumata görə, atışma nəticəsində 2 nəfər həlak olub, 4 nəfərsə yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Həlak olanlar barədə məlumat verilmir.
Universitetin kampusunun polis idarəsinin rəisi Ceff Beyker atışmanın baş verdiyi otaqda şübhəli şəxsin polis tərəfindən saxlandığını söyləyib.
O, hadisə yerində iki adamın öldüyünü, üçünün isə ağır vəziyyətdə xəstəxanaya aparıldığını təsdiqləyib.